Bu gün:

Bu gün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur


Bu gün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş yüksəksəviyyəli tədbir keçirilib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

Tədbir çərçivəsində “Sülh, təhsil və davamlı inkişaf üçün dil” mövzusunda panel müzakirə təşkil edilib. Paneldə çoxdilliliyin sülhün təşviqində, inklüziv və keyfiyyətli təhsilin təmin edilməsində, eləcə də davamlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rolu vurğulanıb. İştirakçılar ana dilində təhsilin insanın inkişafına, özünəinamına və mədəni kimliyinin qorunmasına verdiyi töhfələrdən bəhs ediblər.

Rəsmi hissədən sonra tədbir zəngin mədəni proqramla davam edib. Azərbaycan ifaçısı Sona İskəndərli “Ölkəm” və “Hamıdan gözəl mənəm” mahnılarını səsləndirib, həmçinin milli rəqs nümunəsi təqdim olunub.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et