Bu gün:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku başlayıb


Milli Gimnastika Arenası daha bir mötəbər idman hadisəsinə ev sahibliyi edir. Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy" turniri rəsmi olaraq start götürüb. Yarışlarda ev sahibi Azərbaycanla yanaşı, ABŞ, Türkiyə, Qazaxıstan və Polşa kimi ölkələrin aparıcı idmançıları, habelə neytral statuslu gimnastlar ən güclünü müəyyən etmək üçün mübarizəyə qoşulublar.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, idmançılar turnir çərçivəsində həm fərdi, həm də sinxron proqramlar üzrə öz bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan yığmasının heyətində Maqsud Mahsudov, Mehdi Əliyev, Selcan Mahsudova və digər perspektivli gimnastlarımız medallar uğrunda yarışırlar. Turnirin təşkili ölkəmizin beynəlxalq idman arenalarındakı nüfuzunu bir daha nümayiş etdirir.

Dünya Kuboku gərgin idman mübarizəsi şəraitində davam edir və qaliblərin adları fevralın 22-də keçiriləcək final mərhələlərindən sonra bəlli olacaq. Tamaşaçılar arena daxilində gimnastların mürəkkəb akrobatik hərəkətlərini və peşəkar çıxışlarını izləmək imkanı qazanırlar. Yarışların yüksək səviyyədə keçirilməsi gənc nəslin bu idman növünə olan marağının artmasına böyük təkan verir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et