Yekaterinburqda ekzotik heyvanların saxlanıldığı özəl zooparkın fəaliyyətində ciddi pozuntular aşkar edilib. Bu barədə Rosselxoznadzor idarəsi məlumat verib.

Zooparkın sahibləri heyvanların saxlanılması qaydalarına əməl etməyiblər, timsahlar üçün nəzərdə tutulmuş otaqlarda antisanitariya aşkarlanıb. Bundan əlavə, bəzi terrariumlarda qıfıllar olmayıb ki, bu da əməkdaşlar və ziyarətçilər üçün təhlükə yaradıb.
“Aşkarlanan pozuntular heyvanlar, personal və zooparkın ziyarətçiləri üçün təhlükə yaradır. Müəssisə rəhbərliyinə müəyyən edilmiş müddət ərzində aşkar olunmuş nöqsanların aradan qaldırılması tələbi ilə göstəriş verilib”, – deyə qurumdan bildirilib.
Mənbə: eanews.ru
Tərcümə etdi: Aysel Mehtizadə
