Bu gün:

Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmasını bloklayıb


Macarıstan Avropa İttifaqınin Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayıb.

24media.az xəbər verir ki, bu barədə Financial Times qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanındakı daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib və son anda Aİ büdcəsinin təminatı altında birgə borcun buraxılmasına veto qoyub.

Qeyd edək ki, bu cür qərarın qəbul olunması üçün Aİ-nin bütün 27 üzv ölkəsinin yekdil razılığı tələb olunur.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et