Bu gün:

Orucu xurma ilə açmağın səbəbi nədir?


Dünyanın müxtəlif yerlərində milyonlarla müsəlman bu Ramazan ayında iftar süfrələrində oruclarını xurma ilə açacaq. Ramazan ayında xurma yemək orqanizmin ağır qidaları həzm etməsinə kömək edə biləcəyi vurğulanıb.

Xurma Peyğəmbər Məhəmməd tərəfindən orucu açmaq üçün tövsiyə edilən və Quranda da bir neçə dəfə adı çəkilən meyvədir.

Lakin çəyirdəkli meyvələrin oruc tutanlar üçün ideal qida sayılmasını şərtləndirən sağlamlıq baxımından faydaları da mövcuddur. Qidalandırıcı xüsusiyyətlərinə görə xurma uzun müddət ac qaldıqdan sonra qəbul üçün mükəmməl qidadır.

Böyük Britaniyada fəaliyyət göstərən dietoloq Şehnaz Bəşir bildirib: “Orucunuzu açdığınız zaman orqanizm qlükoza istehsal etməyə çalışır, çünki enerji mənbəyi kimi buna ehtiyacı var”.

Xurmanın yüksək şəkər tərkibi digər qidalarla müqayisədə qanda şəkərin səviyyəsini daha sürətli artırmağa kömək edir, çünki bu qidalar parçalanmaq üçün daha uzun vaxt tələb edir.

Bəşir əlavə edib: “Xurma tərkibində sadə şəkərlərlə yanaşı kompleks karbohidratların da olması baxımından unikal məhsuldur”.

Bu meyvə gün ərzində enerjini tədricən buraxdığı üçün uzun müddət qida qəbul etmədikdə ideal seçim hesab olunur.

Xurma həmçinin B6, A və K vitaminləri, eləcə də dəmir baxımından zəngindir və orqanizmin ehtiyac duyduğu qida maddələrinin qısa müddətdə alınmasına kömək edir.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et