Cənubi Koreyada iki nəfəri dərman qatılmış içki ilə zəhərləyərək öldürməkdə ittiham olunan qadının cinayətləri planlaşdırmaq üçün ChatGPT platformasından istifadə etdiyi bildirilib.

"The Korea Herald" qəzetinin məlumatına görə, 20 yaşlarında olan şübhəli psixi xəstəliyi ilə bağlı ona reseptlə yazılmış dərmanları içkiyə qataraq iki nəfərə verməklə onların ölümünə səbəb olmaqda ittiham edilir.
Polis istintaq zamanı müəyyən edib ki, qadın sözügedən dərmanlarla bağlı süni intellekt platformasına müxtəlif suallar ünvanlayıb. Onun sorğuları arasında yuxu dərmanlarının alkoqolla birlikdə qəbulunun nəticələri, təhlükə dərəcəsi və ölümcül olub-olmaması ilə bağlı suallar yer alıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, şübhəli alkoqol və dərmanların birgə istifadəsinin ölümə səbəb ola biləcəyini bildiyi halda bu mövzuda sualları dəfələrlə təkrarlayıb.
Xəbərdə qeyd olunur ki, ilk hadisə qadının 20 yaşlarında bir kişi ilə motelə daxil olub iki saat sonra tək çıxması və həmin şəxsin ertəsi gün axşam saatlarında ölü tapılması ilə üzə çıxıb. İkinci hadisənin də başqa bir kişi ilə fərqli moteldə eyni üsulla törədildiyi iddia edilir.[hide][/hide]
Məlumata görə, şübhəli reseptlə verilmiş psixiatriya dərmanlarını içkiyə qarışdıraraq zərərçəkənlərə verdiyini etiraf edib.
https://share.google/snROqJZYtqRkhsdkJ
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
