İtaliya A Seriyasında, "Roma"da çıxış edən və komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Türkiyə millisinin futbolçusu Zeki Çelik "Yuventus"a transfer olur.

Dördüncü mövsümünü Romada keçirən Türkiyə millisinin futbolçusu Zeki Çelikin komanda ilə müqaviləsi mayın sonunda başa çatacaq. Bir müddətdir ki, "Roma" ilə yeni müqavilə üçün danışıqlar aparan, lakin maaşla bağlı razılığa gələ bilməyən Zeki Çelik başqa bir böyük İtaliya komandasına keçir.
“La Stampa” qəzetinin məlumatına görə, “Yuventus” mövsümün sonunda azad agent olacaq Zeki Çeliklə anlaşıb. Millinin futbolçusu iyunun 1-də pulsuz olaraq “Yuventus”a keçəcək və Türkiyə millisinin ulduz futbolçularından Kənan Yıldızla komanda yoldaşı olacaq.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
