Bu gün:

Geminidə yeni funksiya


Google  istehsalçı süni intellekt ailəsi olan Google Gemini platformasının yaradıcılıq imkanlarını genişləndirərək musiqi bəstələmə funksiyasını təqdim edib. Bu yenilik istifadəçilərə cəmi 30 saniyəlik orijinal mahnılar yaratmaq imkanı verib. Sistem mətn, foto və ya video kimi müxtəlif giriş məlumatlarını emal edə bilib.

Funksiya Google DeepMind tərəfindən hazırlanmış "Lyria 3" modeli ilə dəstəklənir. İstifadəçilər ruh halı, janr və ya şəxsi ideya daxil etdikdə, süni intellekt sözləri, instrumental tərtibatı və hətta üz qabığını birlikdə hazırlayıb. Bundan əlavə, təhlükəsizlik məqsədilə hər bir musiqiyə insan qulağının eşitmədiyi “SynthID” rəqəmsal nişanı əlavə olunub. Bu xüsusiyyət əsasən yaradıcılıq təcrübələri və paylaşım üçün nəzərdə tutulub. Sistem mövcud əsərləri kopyalamadan, yalnız ümumi üslubdan ilhamlanaraq tamamilə yeni məzmun yaradıb. Beləliklə, Gemini musiqi sahəsində süni intellektin imkanlarını daha da genişləndirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et