24media.az xəbər verir ki, International Monetary Fund (IMF) 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiymətinin hər min kubmetr üçün 380,4 ABŞ dolları olacağını proqnozlaşdırır.

Fondun məlumatına görə, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 dollar təşkil edib. Sonrakı illərdə isə azalma gözlənilir. Belə ki, 2027-ci ildə qiymətin 326,5 dollar, 2028-ci ildə isə 287,1 dollar səviyyəsinə enəcəyi bildirilir. Proqnoza əsasən, 2032-ci ilə qədər qiymət bu səviyyədə sabit qala bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı isə daha aşağı göstəricilər açıqlayıb. Bank 2026-cı il üçün qazın orta ixrac qiymətini 269 dollar, 2027-ci il üçün isə 254 dollar səviyyəsində proqnozlaşdırır.
Talehə Hüseynzadə
