Bu gün:

Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib


Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

24media.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Abşeron Lions" ilə "Şəki" qarşılaşıb. Sözügedən matçda 93:85 hesabı ilə şəkililər qalib gəlib və yarımfinala adlayan sonuncu kollektiv olublar.

Daha əvvəl baş tutan matçlarda "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" "Quba"nı (113:76), "Gəncə" isə "Neftçi"ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.

Qeyd edək ki, "Şəki" və "Gəncə" komandaları yarımfinalda, bu mərhələnin digər matçında isə "Sabah" "Ordu" ilə qarşılaşacaq.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et