Amerika Birləşmiş Ştatlarında iqlim dəyişikliyi ilə bağlı federal tənzimləmələrin ləğv edilməsi ölkədə iqtisadi və ekoloji sahələrdə müxtəlif reaksiyalara səbəb olub.

Prezident administrasiyası “Endangerment Finding” adlanan federal qərarı ləğv edib. Bu qərar əvvəllər istixana qazlarının insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olduğunu təsbit edir və karbon tullantılarına qarşı federal nəzarətin hüquqi bazasını təşkil edirdi. Qərarın ləğvi ilə bağlı bəzi biznes sahələri favorsuz vəziyyətə düşərkən, digər sahələr qazanc əldə edib.
Fosil yanacaqları sənayesində fəaliyyət göstərən şirkətlər xüsusilə kömür, neft və qazla əlaqəli böyük korporasiyalar federal tənzimləmə xərclərinin azalmasına görə bazarda üstünlük əldə ediblər. Bu sektorun səhmləri və şirkətlərin bazar göstəriciləri artıb.
Buna qarşılıq, təmiz enerji texnologiyaları ilə işləyən şirkətlərdə müəyyən tənəzzül müşahidə olunub. Elektrik nəqliyyat vasitələri, külək enerjisi və enerji saxlama sistemləri sahəsində fəaliyyət göstərən bəzi şirkətlərin səhmlərində azalma qeydə alınıb, çünki federal dəstək və subsidiyalar bu sahədə zəifləyib.
İqlim ekspertləri bildirirlər ki, federal tənzimləmələrin aradan qaldırılması qısa müddətdə ətraf mühitə mənfi təsir göstərə bilər və uzunmüddətli perspektivdə iqlim dəyişikliyi ilə mübarizəni daha çətinləşdirə bilər.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
