Bu gün:

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiyaların ödənişini sabah tam başa çatdırmağı nəzərdə tutur.24media.az xəbər verir ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərə də vəsaitlərin köçürülməsi həyata keçiriləcək.

Qeyd olunub ki, 1 yanvar 2026-cı il tarixinədək təyin edilmiş bütün növ pensiyalar cari ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.

Fevral ayı üzrə ödənişlər sözügedən artımlar nəzərə alınmaqla həyata keçiriləcək.

Bununla yanaşı, indeksləşdirmə nəticəsində yanvar ayı üçün yaranmış əlavə məbləğ də fevral pensiyasına əlavə edilərək vətəndaşlara ödəniləcək.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et