Rusiya, Ukrayna və Amerika Birləşmiş Ştatları nümayəndələrinin çərşənbə axşamı və çərşənbə günü Cenevrədə keçirdiyi danışıqlar Moskvanın Ukraynada apardığı müharibənin bitməsinə dair irəliləyiş əldə olunmadan yekunlaşıb.

Üçtərəfli görüşlər çərşənbə axşamı gec saatlara qədər davam edib, çərşənbə günü isə cəmi iki saat çəkib.
ABŞ elçisi Stiv Vitkoff danışıqlarla bağlı nikbinlik ifadə etsə də, həm Rusiyanın baş müzakirəçisi, həm də Ukrayna Prezidenti Vladimir Zelenski görüşlərin "çətin" keçdiyini bildiriblər.
Əsas danışıqlar başa çatdıqdan sonra Kremlin müzakirəçisi Vladimir Medinski görüş yerinə qayıdıb və Ukrayna tərəfi ilə qapalı qapılar arxasında təxminən bir saat yarım görüş keçirib. Həmin görüşün təfərrüatları barədə məlumat verilməyib.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
