Bu gün:

ABŞ Səfirliyi Nəriman Axundzadəni təbrik edib


Azərbaycan futbolunun gənc ulduzu Nəriman Axundzadənin ABŞ-ın "Columbus Crew" klubu ilə müqavilə imzalaması diplomatik səviyyədə də rəğbətlə qarşılanıb. ABŞ-ın ölkəmizdəki səfirliyi bu tarixi transferi Azərbaycan və ABŞ idman əlaqələri üçün mühüm hadisə kimi qiymətləndirib.


24media.az APA-ya istinadən xəbər verir ki, səfirlik rəsmi sosial şəbəkə hesablarında gənc hücumçunu təbrik edib. Mesajda xüsusi olaraq vurğulanıb ki, Nəriman Axundzadə ABŞ-ın ən yüksək futbol liqası olan Major League Soccer (MLS) ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Səfirlik, həmçinin futbolçunun "Qarabağ"ın heyətindəki parlaq oyununu xatırladaraq, onun istedadının okeanın o tayında da uğur qazanacağına inamını ifadə edib.

Təbrik mesajında eyni zamanda Nərimanın keçmiş klubu da unudulmayıb:

 “Eyni zamanda, “Qarabağ” klubuna bu axşam Çempionlar Liqasında uğurlar və inamlı qələbə arzulayırıq!”

Qeyd edək ki, "Columbus Crew" MLS-in ən köklü klublarından biridir və Ohayo ştatını təmsil edir. Bu transfer Azərbaycan futbolçuları üçün Amerika bazarına yeni qapıların açılması kimi xarakterizə olunur.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et