Bu gün:

"Qarabağ" və "Nyukasl" pley-offda qarşılaşacaq


“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçını keçirəcək.

24media.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Oyun saat 21:45-də start götürəcək.

Qarşılaşmanı norveçli hakim Espen Eskos idarə edəcək.

Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq. Həmin oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et