Bu gün baş verəcək Atəş halqası Günəş tutulması təkcə maraqlı astronomik hadisə deyil, həm də münasibətlər baxımından diqqət çəkən bir mərhələ kimi qiymətləndirilir.
Astroloji şərhlərə görə, bu tutulma emosional mövzuları ön plana çıxara və şəxsi həyatda dönüş nöqtəsi yarada bilər.
Mütəxəssislər bildirirlər ki, bu dövrdə insanlar münasibətlərini yenidən dəyərləndirməyə meyilli olur. Uzun müddət gizli qalan hisslər açıq şəkildə ifadə oluna, tərəddüdlər aradan qalxa bilər. Bəzi cütlüklər üçün bu mərhələ münasibətin gələcəyi ilə bağlı ciddi qərarların verilməsi ilə yadda qala bilər.
Eyni zamanda, qeyd olunur ki, tutulma enerjisi yeni tanışlıqlar və gözlənilməz emosional başlanğıclar üçün də şərait yarada bilər. Bununla yanaşı, emosional qərarlar verərkən tələsməmək və vəziyyəti soyuqqanlı şəkildə qiymətləndirmək tövsiyə edilir.
Beləliklə, bu gün baş verəcək bu nadir səma hadisəsi bir çoxları üçün sevgi həyatında yeni səhifə aça bilər.
Mənbə: Vogue.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
