Bu gün:

Ziqquratlar nə üçün tikilib?


Ziqqurat Qədim Misirdəki piramidalara bənzəyir. Hər ikisi yaxın zamanlarda tikilsə də, fərqli tikililərdir. Əvvəla, bu iki strukturun istifadə səbəbləri bir-birindən fərqlidir. Bundan əlavə, tikinti prosesləri bir-birinə bənzəmir. Tanrıların səltənətinə yüksələcəyi düşünülən bu ecazkar tikililərin də maraqlı hekayəsi və tarixi var.

Ziqqurat nədir?

Qədim Mesopotamiyada tikilmiş Ziqqurat, piramidaları xatırladan və terrasları olan müxtəlif səviyyələrə malik bir növ daş quruluşdur. Yalnız pilləkənlərlə daxil olmaq mümkün olan bu quruluş ənənəvi olaraq tanrılar və insanlar arasındakı əlaqəni simvolizə etsə də, praktikada daşqından qorunma funksiyasını da yerinə yetirir. Onlara Mesopotamiyadan Azteklərə qədər müxtəlif mədəniyyətlərdə rast gəlmək olar.

Qədim Misir piramidası kimi, qədim Yaxın Şərq ziqquratının dörd tərəfi var. Bu tikililərin tanrıların səltənətinə qədər yüksəldiyi güman edilir. Lakin Misir piramidalarından fərqli olaraq Ziqquratlar kənardan hamar deyil.

Binada görülən işləri, həmçinin Qədim Yaxın Şərq şəhərləri üçün zəruri olan inzibati nəzarəti və dini ayinləri yerləşdirmək üçün laylı idi. Ziqquratlar indiki İraq və İranın bölgələrində səpələnmiş şəkildə tapılır. Onlar bu bölgədəki qədim mədəniyyətin gücü və bacarığının təsir edici sübutudur.

İlkin formalarında heç bir ziqqurat qorunub günümüzə çatmayıb. Ən yaxşı qorunan Ziqqurat Ur şəhərindədir (Tall əl-Müqəyyar, İraq). Ən böyüyü, Elamda (İranın cənub-qərbində) Choghā Zanbīl-də 102 kvadratmetr döşəmə və 24 metr hündürlükdədir. Bu, onun təxmin edilən orijinal hündürlüyünün yarısından azdır. Əfsanəvi Babil qülləsi xalq arasında Babildəki böyük Marduk məbədinin ziqquratı ilə əlaqələndirilir.

Ziqquratlar nədə istifadə olunurdu?

Ziqqurat şəhərin baş tanrısının məbədi idi. Mesopotamiyada hər bir şəhərin əsas tanrısı var idi. Məsələn, Merdok Babil tanrısı, Enki Eridu tanrısı, İştar Nineva ilahəsi idi. Ziqqurat şəhərin həmin tanrıya həsr olunduğunu göstərirdi. Ziqquratın başında tanrının məbədi yerləşirdi. Kahinlər burada qurban kəsmək kimi bir çox ayinlər icra edirdilər. Məbədin mümkün qədər göyə yaxın olmasını istədikləri üçün onları hündür tikdilər.

Ziqquratlar haqqında qəribə məlumatlar

  • Ziqquratın hündürlüyünün mövsümi daşqınlardan qorunmaq üçün faydalı olduğu düşünülür.
  • Yalnız bir neçə rampa məbədin yuxarısına aparır. Bu, ali əmrlərin müdafiəsini asanlaşdırdı və kahinə istəsələr, ayinlərini gizli saxlamağa kömək etdi.
  • Babildəki ziqquratın adı Etemenanki idi. Şumer dilində "Göylərin və Yerin təməli" deməkdir.
  • Erkən Misir piramidaları ziqquratlara çox bənzəyən pilləli piramidalardır.
  • Mayyalılar və Azteklər minlərlə il sonra başqa bir qitədə tanrıları üçün pilləli piramidalar tikdilər.

Mənbə: Ceotudent

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et