Bu gün:

"Günorta yatan insanlarda bu risk arta bilər"


Gündəlik həyatımızda bir çox işlər görür, səyahətlər edirik. Nəticədə, yoruluruq və günorta bir neçə saat dincəlirik. Ancaq günorta yuxusunun ürək xəstəliyinə səbəb olduğu çox az insana bəllidir.


Mütəxəssislər aşkar ediblər ki, gündüz 30 dəqiqə yatan insanların ürək döyüntüsündə nizamsızlıq riski arta bilər. İspaniyanın Xuan Ramon Ximenez Universiteti xəstəxanasının alimləri gündüz yuxusunun nizamsız ürək döyüntüsünə səbəb ola biləcəyi ehtimalını vurğuladılar.


Dünyada 40 milyondan çox insana təsir edən arterial fibrilasiya nizamsız, tez-tez və anormal sürətlə döyünən ürəyə səbəb olan xəstəlikdir. Bundan əziyyət çəkən insanların insult keçirmə ehtimalı yaşıdlarına nisbətən beş dəfə çoxdur.


Tədqiqatçılar yuxunun xəstəliyə bağlı olub-olmadığını öyrənmək üçün nizamsız ürək döyüntüləri olmayan 20.000-dən çox insanın məlumatlarını təhlil ediblər.

Əlavə təhlillər göstərdi ki, ideal yuxu vaxtı 15 ilə 30 dəqiqə arasındadır, çünki bu insanlarda yarım saat və ya daha çox yatanlarla müqayisədə nizamsız ürək döyüntüsünün inkişaf riski 56 faiz azalıb.

Mənbə: Sözcü

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et