Bu gün:

"Hürriyyət" qəzetinin baş redaktoru ilə bağlı məhkəmə qərarı açıqlanıb


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovun həbs müddətinin uzadılması ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmə instansiyası aşağı məhkəmənin qərarını dəyişdirməyib.24media.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmə Vüqar Məmmədovun həbs müddətinin uzadılmasına qarşı verilən şikayəti təmin etməyib və baş redaktorun həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Vüqar Məmmədov ötən ilin 29 oktyabr tarixində DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin ofislərində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İlkin olaraq onun barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Cari ilin 9 fevral tarixində isə məhkəmə istintaq hərəkətlərinin davam etdirilməsi zərurəti ilə həbs müddətini daha 3 ay artırıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et