“World Boxing”in prezidenti, eyni zamanda Qazaxıstan Milli Olimpiya Komitəsinin rəhbəri Gennadi Qolovkin Bakıya gəlib.
24media.az xəbər verir ki, o, paytaxtda Dünya Güləş Birliyi (UWW) və Beynəlxalq Qrepplinq Assosiasiyaları Birliyinin (AIGA) təşkil etdiyi qrepplinq turnirinin açılış mərasimində fəxri qonaq kimi iştirak edib.
Qolovkin çıxışında turnirin əhəmiyyətini qeyd edib. O, həmçinin qazaxıstanlı idmançı Bekzat Kapasovun görüşünü tribunadan izləyərək həmyerlisinə dəstəyini nümayiş etdirib.
Tədbirin sonunda isə qonağa ənənəvi Azərbaycan xalçası hədiyyə olunub.
Fatimə Hüseynova
