Bu gün:

İtaliya Qəzza üzrə Sülh Şurasında müşahidəçi statusu almağa hazırlaşır


İtaliya Qəzza üzrə yaradılması nəzərdə tutulan Sülh Şurasına müşahidəçi ölkə qismində qoşulmaq niyyətindədir. 24media.az xəbər verir ki, bu barədə “Il Messaggero” nəşrinə istinadən ölkənin Baş naziri Ciorcia Meloni Əddis-Əbəbə şəhərində jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, İtaliya bu təşəbbüsə müşahidəçi statusunda qoşulmaq üçün dəvət alıb və rəsmi Roma bu təklifə müsbət yanaşır. Onun sözlərinə görə, bu addım mövcud narahatlıqların aradan qaldırılmasına kömək edə bilər və uyğun seçim kimi qiymətləndirilir.

Ciorcia Meloni vurğulayıb ki, Şurada tamhüquqlu iştirak məsələsi, xüsusilə konstitusiya uyğunluğu ilə bağlı məqamlar nəzərə alınaraq, müşahidəçi formatı daha məqsədəuyğun hesab olunur.

Baş nazir əlavə edib ki, bu təşəbbüsə digər Avropa ölkələrinin, xüsusilə Aralıq dənizi regionunda yerləşən dövlətlərin də qoşulacağı istisna edilmir.

Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et