İtlərə sevgi artıq çoxdan şəxsi məsələ olmaqdan çıxıb. Bu, nəzərəçarpan sosial hadisəyə çevrilib. ABŞ-də ev təsərrüfatlarının təxminən yarısı it saxlayır. Bir çox sahib itini ailənin tamhüquqlu üzvü hesab edir.

Bu tendensiya əmək bazarına da təsir edir: baytarların, kinoloqların və heyvan davranışı üzrə mütəxəssislərin sayı artır, ev heyvanları üçün xidmət bazarı genişlənir. Baytarlıq məktəblərində oxumaq istəyənlərin sayı çoxalır. Tədqiqatçılar bu prosesi “ev heyvanları inqilabı” adlandırır və hesab edirlər ki, heyvanların cəmiyyətdəki yeri nəzərəçarpacaq dərəcədə dəyişib.
Ekspertlər bunu tənhalıqla və internet dövrü ilə izah ediblər: insanlar bir-birilə münasibətlərindən getdikcə daha çox məyus olur və sosial strukturlara inamı itirirlər.
2025-ci ildə aparılan araşdırma göstərib ki, it sahibləri çox vaxt ev heyvanı ilə münasibəti yaxın insanlarla münasibətdən daha yüksək qiymətləndirirlər. Onlar daha çox dəstək və sədaqət hiss edir, mənfi emosiyaları isə daha az yaşayırlar. İt tənqid etmir və mürəkkəb münaqişələr yaratmır, buna görə də bu bağ daha təhlükəsiz görünür.
Mənbə: cursorinfo.co.il
Tərcümə etdi: Aysel Mehtizadə
