Maksimal rəqəmsallaşma və sosial media partlayışı fonunda “ekstremal oflayn” estetika internetdə ən çox paylaşılan vizual istiqamətlərdən birinə çevrilib. Məhz bu dalğanın mərkəzində isə uzun illər klassik Amerikan üslubunun simvolu sayılan “Ralph Lauren” dayanır.
Rəqəmsal dövrdə "sakit lüks"
Brendin son kolleksiyaları parlaq loqolardan, səs-küylü kampaniyalardan və aqressiv trendlərdən uzaq duraraq minimalizm, keyfiyyət və zamanın fövqündə dayanan zəriflik mesajı verib. Təbii parçalar, neytral tonlar, klassik kəsimlər və aristokratik sadəlik — bütün bunlar “sakit lüks” anlayışını daha da gücləndirib.
Moda tənqidçilərinin fikrincə, bu estetika məhz sosial mediada həddindən artıq vizual yüklənmədən yorulan auditoriya üçün bir növ “vizual nəfəs” rolunu oynayır. İstifadəçilər parıltıdan uzaq, real həyat hissi yaradan obrazları paylaşmağa başladılar.
Brendin kampaniyalarında telefon, texnologiya və ya süni effektlər demək olar ki, görünmür. Əvəzində isə kitabxanalar, fermalar, köhnə villalar və təbiət fonunda çəkilmiş sakit kompozisiyalar diqqət çəkir.
Mənbə: instyle.com
Tərcümə etdi: Şehrin Musayeva
