Dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və bu xəstəlik ciddi ictimai sağlamlıq problemidir. Mütəxəssislər erkən diaqnozun və elmi əsaslı müalicənin həyati əhəmiyyət daşıdığını vurğulayıb. Xərçənglə mübarizədə yeni müalicə üsulları və texnologiyalar ümidverici nəticələr verib.

Xərçəngin yaranmasında əsasən siqaret, piylənmə, hərəkətsiz həyat tərzi və ətraf mühit amilləri rol oynayıb. Kimyaterapiya, ağıllı dərmanlar və immunoterapiya müalicədə sağ qalma nisbətini 70 faizə qədər artırmışdır. Mütəxəssislər bitki mənşəli müalicələr və qeyri-elmi üsulların xəstələri yanlış yönləndirərək müalicəni gecikdirə biləcəyini bildirib.Erkən diaqnoz və müntəzəm tibbi müayinələr xərçənglə mübarizədə ən vacib amillərdəndir. Elmi əsaslı müalicə üsullarına etibar etmək və gecikmədən həkimə müraciət etmək lazımdır. Gələcəkdə mRNT əsaslı peyvəndlərin xərçəng müalicəsində mühüm rol oynayacağı gözlənilir.
