Bu gün:

Türkiyə Superliqası: "Qalatasaray" səfərdə asan qələbə qazanıb


Futbol üzrə Türkiyə Superliqasında 21-ci turun görüşləri keçirilir.

24Media.az xəbər verir ki, "Qalatasaray" səfərdə “Çaykur Rizəspor”un qonağı olub.


Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.


Xallarını 52-yə çatdıran Okan Burukun baş məşqçisi olduğu kollektiv turnir cədvəlinə başçılıq edir. Rizə klubu isə 20 xalla 12-ci sıradadır.


Sona Osmanova

Paylaş
Şərh əlavə et