Bu gün:

Oxuma və yazmanın demans riskini azaltmaqda güclü təsiri


Oxuma və yazma kimi zehni fəaliyyətlər insanın idrak qabiliyyətinin qorunmasında mühüm rol oynayıb. Alimlər bu fəaliyyətlərin demans riskinə təsirini araşdırmışlar. Aparılan tədqiqatlar göstərib ki, zehni aktivlik sağlam qocalmanın əsas şərtlərindən biridir.

Araşdırmaya görə, oxuma, yazma və yeni dillər öyrənmə demans riskini təxminən 38–40 faiz azalda bilib. Həyat boyu zehni cəhətdən daha fəal olan insanlarda Alzheimer xəstəliyi orta hesabla 5 il daha gec başlayıb. Mütəxəssislər bildiriblər ki, kitab oxumaq, muzeylərə getmək və müxtəlif intellektual fəaliyyətlərlə məşğul olmaq beyin sağlamlığını gücləndirir.Demans qocalmanın qaçılmaz hissəsi deyil və onun qarşısını müəyyən dərəcədə almaq mümkündür. Zehni fəaliyyətlər xəstəliyin yaranma riskini azaldır və başlanmasını gecikdirə bilər. Buna görə də hər yaşda oxumaq, öyrənmək və zehni fəallığı qorumaq vacibdir.

Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
Paylaş
Şərh əlavə et