Bu gün:

Protein tozunun sağlamlığa zərərləri - Mütəxəssis danışdı


İdmanla məşğul olan gənclər arasında qida əlavələri və vitaminlərdən istifadə geniş yayılıb. Xüsusilə, protein tozları ağır idman və bədən tərbiyəsi ilə məşğul olan insanlar tərəfindən kortəbii şəkildə qəbul edilir .Həmin əlavələrin sağlamlığa ciddi zərər verə biləcəyini ifadə edən Qidalanma və Pəhriz üzrə Türkiyəli Mütəxəssis Tuğba Günebak bu mövzuda əsas məqamları izah edib:



"Protein "amin turşuları" adlanan tikinti turşu növündən ibarətdir, yəni amin turşuları birləşərək zülallar əmələ gətirir. Zülallar idmançılar üçün ən vacib qidalardan biridir. Amin turşuları əzələ toxumasının bərpası və inkişafı üçün lazımdır. Normal bir insanın gündəlik zülal ehtiyacı 1 kq bədən çəkisi üçün 0,8 q olduğu halda, idmançının gündəlik zülal ehtiyacı 1 kq bədən çəkisi üçün 1,2 ilə 2 kq arasında dəyişə bilər. Əgər idmançı təbii qidalanma yolu ilə gündəlik zülal tələbatını ödəyə bilmirsə, zülal əlavəsi məhsullarına müraciət etmək tövsiyə oluna bilər. Bununla belə, protein əlavələrinin düzgün istifadə edilməməsi və həddindən artıq protein qəbulu müxtəlif risklərə malikdir", - deyə Günebak bildirib.

Bəs bu məhsullar, ən çox, kimlər üçün təhlükəlidir?


"Zülal əlavələri ürək xəstəliyi, ailədə infarkt və ya insult keçirən, təkrar hamiləlik itkiləri, varikoz damarları, osteoporoz, qaraciyər və böyrəklərdə sağlamlıq problemləri, həmçinin, sidiyində qaralmalar olan insanlar üçün daha təhlükəlidir", - o bildirib.

Mənbə: Sözcü

Tərcümə etdi: Sayad Qoşnalıyeva

Paylaş
Şərh əlavə et