Bu gün:

"Google" da Rusiyada bloklana bilər


"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.

24media.az bildirir ki, APA-nın Moskva bürosu məlumat yayıb. Qeyd olunub ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.

Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.

“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb.

Amina Paşazadə

Paylaş
Şərh əlavə et