Bu gün:

Bolqarıstanda “Şuşa Parkı” salınacaq


Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması nəzərdə tutulur.

24media.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.


Məlumata əsasən, sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, “Şuşa Parkı”nın salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsaslarını müəyyən edir.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et