Rusiya hərbçiləri fevralın 12-nə keçən gecə Ukraynanın Odessa vilayətində Donbas Yanacaq-Energetika Şirkətinə məxsus enerji obyektinə zərbə endirib.
24media.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" şirkətə istinadən məlumat yayıb.
Şirkətdən bildirilib ki, bu hücum nəticəsində Odessa vilayətində Rusiyanın zədələdiyi iri yarımstansiyaların sayı 31-ə çatıb. Qeyd olunub ki, obyektə ciddi ziyan dəyib və bərpa işlərinin aparılması uzun vaxt tələb edəcək.
Hazırda hadisə yerində energetiklər və xilasedicilər fəaliyyət göstərir, dağıntıların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Məlumata görə, əsas prioritet kritik infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatının bərpa olunmasıdır.
Fatimə Hüseynova
