Banqladeşin Qopalqanq şəhərində keçirilən milli seçkilər zamanı seçki məntəqəsində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində üç nəfər xəsarət alıb.

24media.az xəbər verir ki, insident səhər saatlarında qeydə alınıb. Yerli KİV-lərin polisə istinadən yaydığı məlumata əsasən, yaralanan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
