Bu gün:

Hakerlər heyvan yemləyiciləri vasitəsilə rusiyalıları izləyə bilərlər


Fırıldaqçılar ev heyvanları üçün yemləyiciləri sındıraraq məlumat toplaya bilərlər. Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssislər məlumat veriblər.

Bir çox məişət cihazı internetə qoşula bilir və bəzilərində daxili kamera da olur. Amma belə cihazların təhlükəsizlik səviyyəsi adətən çox zəif olur.

“Kibercinayətkarlar ev heyvanları üçün yemləyicini izləmə vasitəsi kimi istifadə edə bilərlər. Onlar cihaza daxil olub məxfi məlumatları, məsələn, cihazın kamerasındakı videoları oğurlaya bilərlər”, - deyə Kaspersky ICS CERT mütəxəssisi Vladimir Daşçenko “Novosti”-yə bildirib.

Demək olar ki, internetə qoşulan hər bir cihaz risk altındadır. Cihazın sındırıldığını anlamaq çox vaxt çətin olur. Əlamətlər isə belə ola bilər: cihazın öz-özünə açılıb-sönməsi, yenidən işə düşməsi, internet bağlantısının tez-tez pozulması və ya icazəsiz bildirişlərin gəlməsi.

Mənbə: newdaynews.ru
Tərcümə etdi: Aysel Mehtizadə

Paylaş
Şərh əlavə et