İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı gün ərzində beş dəfə püskürüb, kül sütunu zirvədən təxminən min metrədək hündürlüyə qalxıb.

24media.az-ın məlumatına görə, AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla məlumat yayıb. Bildirilib ki, ən güclü püskürmə səhər saat 05:36-da qeydə alınıb. Sonuncu püskürmə isə saat 08:06-da baş verib və seysmik aktivliklə müşayiət olunub.
İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) əhaliyə partlayış mərkəzindən 13 kilometr, həmçinin Besuk Kobokan çayının yaxınlığında, çay yatağından 500 metr aralıda qalmağı tövsiyə edib.
Amina Paşazadə
