Bu gün:

Sədr müavini: "Məqsədlərə yenidən baxılması innovasiyanı gücləndirəcək"


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda innovasiya ekosistemində məqsədlərin yenidən nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma Azərbaycanın rəqəmsal inkişaf strategiyasını daha dayanıqlı və çevik edəcək.24media.az Report-a istinadən xəbər verir ki, R.Xalıqov bildirib ki, rəqəmsallaşma sahəsində sərhədlərin müəyyənləşdirilməsi üçün kifayət qədər institusional və texnoloji potensial mövcuddur. Onun fikrincə, bəzi qruplar özləri üçün sərhədlər formalaşdırmağa çalışsa da, planın təkmilləşdirilməsi innovasiya ekosisteminin davamlı inkişafını təmin edəcək.

Sədr müavini əlavə edib ki, məqsədlərin müasir çağırışlara uyğunlaşdırılması yalnız texnoloji imkanları artırmaqla kifayətlənmir, həm də rəqəmsal və sosial informasiya sahələrində strateji inkişafı gücləndirir. Bu yanaşma ölkədə dayanıqlı və inklüziv innovasiya mühitinin formalaşmasına töhfə verəcək.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et