Bu gün:

Avropa Açıq Turnirində Azərbaycanı 7 qadın cüdoçu təmsil edəcək


Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa Açıq Turnirində Azərbaycanı 7 qadın cüdoçu təmsil edəcək. Yarışda ölkəmizi 5 çəki dərəcəsində çıxış edəcək idmançılara qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, heyətdə Şəfəq Həmidova (48 kq), Aydan Vəliyeva, Leyla Əliyeva, Könül Əliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva (70 kq) və Mədinə Xaysinova (+78 kq) yer alıb.

Turnir fevralın 14-15-də keçiriləcək və 44 ölkədən 509 idmançı (293 kişi, 216 qadın) iştirak edəcək. Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti – “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və “B” kateqoriyalı hakim Məhəmmədəli Quluzadə də yarışda fəaliyyət göstərəcək.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et