Bu ilin yanvar ayında dövlət qurumlarının 82 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 58% artım deməkdir.

24media.az Report-a istinadən xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumatlarına əsasən, 2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda boşluqlar müəyyən edilib. Bu da 2024-cü ilə nisbətən 47,5% çoxdur.
Ekspertlər bildirir ki, informasiya təhlükəsizliyi sahəsində mövcud boşluqların aradan qaldırılması üçün əlavə tədbirlər görülməlidir. Həmçinin dövlət resurslarının qorunması və sistemlərin dayanıqlığının artırılması prioritet məsələlərdəndir.
Arzu Qafarova
