Bu gün:

Rəqəmsal arxitektura ilə bağlı müşavirə keçirilib


Fevralın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Toplantıda ölkədə rəqəmsallaşma prosesinin sürətləndirilməsi və idarəetmədə yeni texnoloji yanaşmaların tətbiqi məsələləri müzakirə edilib.

24media.az Report-a istinadən xəbər verir ki, müşavirə ilə bağlı məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Bildirilib ki, iclas dövlət idarəçiliyində müasir rəqəmsal həllərin genişləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, vahid fəaliyyət planı ölkənin rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməyə və müxtəlif qurumlar arasında koordinasiyanı gücləndirməyə hesablanıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et