Bu gün:

Milliön terminallarda yeni funksiyanı istifadəyə verib


Milliön ödəniş terminallarında istifadəçilər üçün yeni “Şəxsi kabinet” funksiyası aktivləşdirilib. Bu yenilik gündəlik kommunal və digər ödənişlərin daha operativ və rahat şəkildə həyata keçirilməsinə şərait yaradır. Sistem istifadəçinin məlumatlarını yadda saxlayaraq növbəti əməliyyatlarda təkrar daxil etmə ehtiyacını aradan qaldırır.

24media.az APA-ya istinadən xəbər verir ki, yeni imkan vasitəsilə müştərilər tez-tez istifadə etdikləri xidmətlər üzrə şablonlar yarada biləcəklər. Bu isə həm vaxta qənaət etməyə, həm də ödəniş prosesini daha sadə və praktik formaya salmağa imkan verir.

Şəxsi kabinetdə qeydiyyat üçün terminal menyusunda müvafiq bölməni seçmək, mobil nömrəni daxil edib təsdiq kodunu yazmaq və fərdi PIN müəyyənləşdirmək kifayətdir. Şirkət bildirir ki, yenilik istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsinə yönəlib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et