Bu gün:

Nensi Qutri ilə bağlı saxlanılan şəxsin evində axtarış əməliyyatı keçirilib


ABŞ-nin tanınmış aparıcısı Savanna Qutrinın 84 yaşlı anası Nensi Qutri yanvarın 31-də Arizona ştatının Tucson şəhəri yaxınlığındakı evindən naməlum şəraitdə oğurlanıb. Hadisə ölkə üzrə geniş axtarışlara səbəb olub.

Polis istintaq çərçivəsində bir nəfəri yol nəzarəti zamanı saxlayıb və məhkəmə qərarı ilə həmin şəxsin Rio Riko bölgəsindəki evində axtarış aparıb. Saxlanılan şəxslə bağlı rəsmi ittiham açıqlanmayıb. Onun qayınanası isə mediaya açıqlamasında saxlanılanın hadisə ilə əlaqəsinin olmadığını bildirib.


FBI Nensi Qutrinin itkin düşdüyü gecə evin qarşısında çəkilmiş yeni görüntülər yayıb. Kadrlarda maskalı və silahlı bir şəxsin qapıya yaxınlaşaraq müşahidə kamerasını bitkilə örtməsi əks olunub. Bildirilib ki, evin müşahidə sistemindən bəzi görüntülər silinmiş və ya zədələnmiş ola bilər.


Hadisə gecəsi Qutrinin bateriyasının telefona qoşulan tətbiqi bağlantını kəsib. Evin eyvanında tapılan qan izinin isə ona məxsus olduğu təsdiqlənib. Ailəsi onun səhhəti ilə bağlı ciddi problemləri olduğunu, dərmansız qala bilməyəcəyini vurğulayıb.


FBI məlumat verən şəxslər üçün 50 min dollar mükafat elan edib. ABŞ Prezidenti Donald Trampın da yayılan görüntülərlə tanış olduğu və istintaqın diqqətlə izlənildiyi bildirilib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et