Bu gün:

ABŞ-də terror şübhəsi ilə 1400-dən çox miqrant saxlanılıb


ABŞ-də qanunsuz miqrantlarla mübarizə məqsədilə genişmiqyaslı əməliyyatlar 2025-ci ilin yanvarından etibarən davam edir. Bu müddət ərzində xarici vətəndaşlığı olan 7 mindən çox mütəşəkkil cinayətkar qruplaşma üzvü və terrorçuluqda şübhəli bilinən 1400-dən çox şəxs saxlanılıb.

24media.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin direktor vəzifəsini icra edən Todd Layons Konqres qarşısında hesabat təqdim edib.

Layons bildirib ki, 2026-cı ildə qanunsuz miqrantlara, xüsusilə də ağır cinayətlərdə iştirak edən şəxslərə qarşı mübarizə daha da gücləndiriləcək.

Əvvəllər ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem açıqlayıb ki, 2025-ci ildə təxminən 3 milyon miqrant ABŞ-ni tərk edib və onların təxminən 800 mini zorla deportasiya olunub.

Fatimə Hüseynova




Paylaş
Şərh əlavə et