Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

24media.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat paylaşıb.
Məlumata görə, tərəflər regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.
Nazirlər, həmçinin, qarşılıqlı əlaqələrin və koordinasiyanın bundan sonra da davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
Fatimə Hüseynova
