Bu gün:

Azərbaycan və Türkiyə arasında innovasiya sahəsində üçtərəfli memorandum imzalanıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası (TÜBİSAD) və “Sistem Global Danışmanlık A.Ş” arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

24media.az xəbər verir ki, memorandum innovasiya ekosisteminin inkişafı, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, texnoparkların gücləndirilməsi, startapların inkubasiya və akselerasiya proqramları vasitəsilə dəstəklənməsi, innovasiya layihələrinin birgə maliyyələşdirilməsi və dövlət–özəl tərəfdaşlığının təşviqi kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu memorandum Azərbaycan və Türkiyə arasında innovasiya və texnologiya sahəsində əməkdaşlığın daha sistemli və nəticəyönümlü mərhələyə keçməsinə imkan yaradacaq, startapların inkişafına və insan kapitalının gücləndirilməsinə töhfə verəcək.

TÜBİSAD sədri Mehmet Ali Tombalak isə qeyd edib ki, tərəfdaşlıq iki ölkənin texnoloji potensialının birləşdirilməsinə və ortaq ekosistemin güclənməsinə imkan yaradacaq.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et