Bu gün:

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin iştirakçıları açıqlanıb


Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinə yüksələn bütün şahmatçıların adları müəyyənləşib.24media.az  Şahmat Federasiyasının məlumatına əsasən, xəbər verir ki tay-brek mərhələsində qalib gələn Nicat Abasov, Xaqan Əhməd, Rəhim Qasımov, Kamal Ağasiyev, Paşam Əlizadə və Rəvan Əliyev növbəti mərhələdə çıxış etmək hüququ əldə ediblər.

1/8 finalda Murad İbrahimli turnirin reytinq favoriti Şəhriyar Məmmədyarovla, Əhməd Əhmədzadə Vüqar Rəsulovla, Nicat Abasov Xaqan Əhmədlə, Rəhim Qasımov isə Aydın Süleymanlı ilə qarşılaşacaq. Azərbaycan çempionatının ötənilki qalibi Rauf Məmmədov Şiroğlan Talıbovla, Paşam Əlizadə Read Səmədovla, Rəvan Əliyev Məhəmməd Muradlı ilə, Eltac Səfərli isə Kamal Ağasiyevlə rəqib olacaq.

Bundan əlavə, 1/8 final mərhələsindən etibarən qadın şahmatçılar da mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq.

Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et