Bu gün:

“Telegram”ın qurucusu Rusiyadakı bloklama qərarına münasibət bildirib


“Telegram” messencerinin qurucusu Pavel Durov Rusiyada platformaya tətbiq olunan məhdudiyyətlərə münasibət bildirib. O deyib ki, rəsmi Moskva istifadəçiləri dövlət nəzarəti altında olan alternativ tətbiqlərə yönləndirmək məqsədilə “Telegram”a çıxışı məhdudlaşdırır.

Durov Rusiyada "Telegram"ın məhdudlaşdırılmasına münasibət bildirib

Durovun sözlərinə görə, oxşar yanaşma illər əvvəl İranda da sınaqdan keçirilsə də, gözlənilən nəticəni verməyib. O qeyd edib ki, qadağalara baxmayaraq, bir çox iranlı istifadəçi müxtəlif yollarla yenə də “Telegram”dan istifadə etməyə davam edib və nəzarət olunan platformalara keçməyib.

Şirkət rəhbəri vurğulayıb ki, vətəndaşların azadlıqlarını məhdudlaşdırmaq effektiv həll hesab edilə bilməz və “Telegram” istənilən təzyiqə baxmayaraq söz azadlığı ilə şəxsi həyatın qorunmasını prioritet sayır.

Xatırladaq ki, Rusiyanın rabitə nəzarət qurumu Roskomnadzor messencerin ölkə qanunvericiliyinin tələblərinə əməl etmədiyini əsas gətirərək platformaya qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et