ABŞ təmsilçisi “Kolumbus Kru” Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin transferini rəsmiləşdirib.

Klub gənc hücumçunun heyətə cəlb olunduğunu rəsmi açıqlama ilə təsdiqləyib. Məlumata görə, 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Razılaşmanın müddəti 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.
Talehə Hüseynzadə
