İstehsalçı «İndilayt» ev heyvanları üçün yem bazarına çıxacaq, bu barədə «İzvestiya» yazır. Şirkət ev heyvanları üçün məhsulların istehsalına öz ticarət nişanı altında başlayacaq.

«Damate» aqrosənaye kompleksi ev heyvanları üçün yem bazarına çıxmağa hazırlaşır. Şirkət yanvar ayında «Indilight Pets» ticarət nişanının qeydiyyatı üçün müraciət edib. Yeni məhsulların istehsalına 2026-cı ildə başlanması planlaşdırılır.
İlk mərhələdə premium və superpremium seqmentlərində yetkin itlər üçün yemlər buraxılacaq, daha sonra isə pişiklər üçün məhsulların istehsalı nəzərdə tutulur. Yemlərin “human grade” standartına uyğun olaraq hind quşu, ördək və quzu ətindən hazırlanacağı bildirilir.
İstehsal Qaracay-Çərkəz Respublikasındakı istehsal sahəsində təşkil olunacaq. Məhsullar marketpleyslər və ixtisaslaşmış pərakəndə satış şəbəkələri vasitəsilə satılacaq. Layihəyə yatırılacaq investisiyaların həcmi açıqlanmayıb.
Mənbə: retail.ru
Tərcümə etdi: Aysel Mehtizadə
