Dünya teatr və komediya sənətinə böyük təsir göstərmiş məşhur klon müəllimi Filipp Qolye 82 yaşında həyatını itirib.

Paris yaxınlığında fəaliyyət göstərən Filipp Qolye Məktəbinin qurucusu olan sənətkar onilliklər ərzində klon sənətini tədris edib və bir neçə nəslin formalaşmasında mühüm rol oynayıb.
Filipp Qolye Saşa Baron Koen, Helena Bonem Karter, Emma Tompson, Reyçel Vays və Cefri Raş kimi tanınmış aktyor və komediya ustalarına dərs deyib.
Qolye bazar ertəsi günü ağciyər infeksiyasının ağırlaşması səbəbindən dünyasını dəyişib. O, 2023-cü ildə insult keçirib və bundan sonra ailəsinin bildirdiyinə görə, “dünyanın hər yerindən böyük dəstək və təşviq mesajları alıb”.
Açıqlamada qeyd edilib ki, “O, xüsusilə keçmiş tələbələrindən aldığı məktublar və mesajlardan çox məmnun qalıb”.
Ailəsi Filipp Qolye barədə bildirib ki, “tədris onun həyatda əsas marağı və məqsədi olub”.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
