Bu gün:

BDU və Pakistan universiteti əməkdaşlıq memorandumunu imzalayıb


Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Mardan Abdul Vali Xan Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd iki universitet arasında təlim-tədris prosesini təkmilləşdirmək və beynəlxalq standartlara uyğun layihələr həyata keçirmək məqsədini daşıyır.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, memorandum çərçivəsində konfrans, seminar, sərgi, simpozium və qısamüddətli kursların təşkili, ortaq elmi-tədqiqatların aparılması, akademik proqram və tədris planlarının hazırlanması, habelə tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Mardan Abdul Vali Xan Universitetinin vitse-kansleri Jamail Ahmad imzalayıb. Məlumatda qeyd olunur ki, 2009-cu ildə əsası qoyulan Mardan Abdul Vali Xan Universiteti QS Asiya universitetləri reytinqində 406-cı yerdə qərarlaşıb.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et