Bu gün:

“Neftçi” Breno Almeydanı transfer edib


“Neftçi” futbol klubu 2026-cı ilin ilk transferini reallaşdırıb. Klub rəhbərliyi yeni futbolçunun komandaya qoşulmasını təsdiqləyərək heyətin gücləndirilməsinə yönəlmiş addım atıb.24media.az Report-a istinadən xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Breno Almeyda ilə 2,5 illik müqavilə imzalanıb. 27 yaşlı oyunçu sonuncu dəfə Kipr təmsilçisi “Etnikos”da çıxış edib və əvvəlki illərdə Braziliya, Səudiyyə Ərəbistanı və Malta liqalarında da oynayıb.

Qeyd olunur ki, B.Almeyda 2024-cü ilin yayından “Etnikos”un heyətində bu mövsüm 14 rəsmi oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun transferi “Neftçi”nin hücum xəttinə əlavə dinamiklik qatacaq.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et