Bu gün:

Gürcüstan Kulevi limanı sanksiyalarına əməl edir


Gürcüstan hökuməti beynəlxalq sanksiya rejiminə tam riayət etdiyini bəyan edib. Ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, rəsmi Tbilisi bu məsələdə bütün öhdəliklərinə ciddi yanaşır və sanksiyalarla bağlı qaydaların pozulmasına yol verilmir.

24media.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Avropa İttifaqının Gürcüstanın Kulevi limanına qarşı sanksiyaların tətbiqi ilə bağlı irəli sürdüyü təklifi şərh edərkən, bu limanın ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqı ilə bu mövzuda açıq əməkdaşlığa hazırdır və yaranacaq suallar ətrafında faktlara əsaslanan müzakirələrin aparılmasını dəstəkləyir.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya nefti ilə bağlı əməliyyatlar səbəbindən Gürcüstanın Kulevi və İndoneziyanın Karimun limanlarına sanksiya tətbiqini təklif edib. Təklif qəbul olunarsa, Avropa şirkətləri və fiziki şəxslər üçün həmin limanlarla hər hansı kommersiya əməliyyatlarının aparılması qadağan edilə bilər.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et